Modern.az

Novruz Aslanov: “Sosial yönümlü layihələr davamlı olacaq”- FOTO+VİDEO

Novruz Aslanov: “Sosial yönümlü layihələr davamlı olacaq”- FOTO+VİDEO

Təhsil

22 Oktyabr 2015, 10:20


Oktyabrın 21-də 86 saylı İsmayıllı Seçki Dairəsindən Milli Məclisin deputatlığına namizəd Novruz Aslanov seçki kampaniyasını Vəng, Ruşan, Qalıncaq və Quşencə kənlərində seçiciləri ilə görüşlə davam etdirib.

Seçicilər N. Aslanova keçən seçkilərdə olduğu kimi bu seçki prosesində də uğurlar arzulayıb və bu seçkilərdə onu dəstəkləyəciklərini bildiriblər. Novruz Aslanov da öz növbəsində bu səmimiyyətə  görə sakinlərə öz təşəkkürünü bildirib, bütün sahələrdə əldə olunan uğurlardan, özünün platformasından söhbət açıb, xüsusilə dövlətin həyata keçirdiyi sosial yönümlü layihələrin növbəti illərdə də davamlı olacağını sakinlərin diqqətinə çatdırıb.

Məlumat üçün bildirək ki, bu günə kimi Novruz Aslanov 41 kənddə görüş keçirib və bu görüşlər 50 kəndin sakinini əhatə edib.




Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!