Modern.az

Tural Abbaslının açıqlamasına görə AXCP Müsavat Partiyasını ittiham etdi

Tural Abbaslının açıqlamasına görə AXCP Müsavat Partiyasını ittiham etdi

Təhsil

22 Oktyabr 2015, 12:07

AXCP-nin sədrinin keçmiş müavini olan Razi Nurullayevin  yeni AXCP yaratmasını Müsavat Partiyası başqanı Arif Hacılı tanımayıb. Arif Hacılı, Əli Kərimlinin sədri olduğu AXCP-ni tanıdığını deyib.  

Müsavat Partiyasının üzvü, “Ağ Blok” təşkilatının təsisçisi Tural Abbaslı isə adıçəkilən partiyanın başqanını tələsik qərar verməkdə günahlandırıb.  

AXCP-nin sədr müavini Nurəddin Məmmədli Modern.az-a açıqlamasında Tural Abbaslının  dediklərinə münasibət bildirib. O söyləyib ki, Tural Abbaslının mövqeyi Müsavat Partiyası daxilində fikir ayrılıqlarının yaranmasını göstərir.

“Tural Abbaslının söylədiyi fikirlər bizə aid məsələ deyil. Bunu Müsavat Partiyasının özü ilə araşdırmaq lazımdır ki, niyə partiyada konkret məsələyə münasibətdə fikir ayrılığı mövcuddur”,-deyə o bildirib.  

AXCP funksioneri qeyd edib ki, Müsavat Partiyasında konkret məsələlərə dair qəbul edilmiş qərarlar partiya üzvləri tərəfindən təkzib olunur.  

“Mənim nəsə deməyim  sözün mahiyyətinə təsir edəcək məsələ deyil”.  

Namidə BİNGÖL 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!