54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Tahir Süleymanov bu gün Şabran rayonunun Söhbətli kəndində seçiciləri ilə görüşüb. Görüşə xeyli sayda insan qatılıb.
Görüşdə iştirak edən gənclər T.Süleymanova müraciət edərək, asudə vaxtlarının keçirilməsi üçün kiçik stadionun yaradılmasını xahiş ediblər.“Siz millət vəkilimiz olaraq, bizlərə hər zaman dəstək olubsunuz. Sizdən bu stadionunun yaradılması üçün bizə dəstək göstərməyini xahiş edirik”.
T.Süleymanov da öz növbəsində gənclərə hər zaman dəstək olacağını və bu problemin elə bu gün həll olunacağını bildirib.
Tahir Süleymanov daha sonra Siyəzən rayonu Eynibulaq kənd seçiciləri ilə görüşlərini davam etdirib.