“Qulp” verilişinin “Əməkdar artist” müsabiqəsinin qalibi Xanım nənə vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, o, bu gün səhər saatlarında Biləsuvarda yaxın qohumugildə dünyasını dəyişib.
Qeyd edək ki, Xanım nənə “Əməkdar artist” müsabiqəsindən sonra məşhurlaşmışdı. Xanım nənə təkcə Azərbaycanda deyil, qonşu ölkələrin məşhur proqramlarına da tez-tez dəvət alırdı.
Modern.az-ın məlumatına görə, Cəbrayıl rayonundan məcburi köçkün olan Xanım nənə əvvəllər Bakıdakı "qaçqın yataqxanası"nda yaşasa da, sonradan Biləsuvar ərazisindəki salınmış köçkün şəhərciyində yaşayan qohumlarının yanına köçmüşdü.
Yeri gəlmişkən, “Qulp”un “Əməkdar artist” müsabiqəsində qalib gələrək, “Zaporojets” marakalı avtomobil qazanan Xanım nənə həmin maşını Biləsuvardakı köçkün şəhərciyində yaşayan yaxın qohumuna bağışlamışdı.
Elmin Nuri