Modern.az

Sabahın hava PROQNOZU: Bakıda yağış yağacaq

Sabahın hava PROQNOZU: Bakıda yağış yağacaq

Təhsil

22 Oktyabr 2015, 13:41


Oktyabrın 23-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, hava şəraitinin gündüz dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumatına görə havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 16-19, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Oktyabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, şərq rayonlarında yağış yağacağı gözlənilir.

Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!