Modern.az

Goranboyda yanan kişi öldü: Arvadı və uşaqları bundan xəbərsizdir

Goranboyda yanan kişi öldü: Arvadı və uşaqları bundan xəbərsizdir

Təhsil

22 Oktyabr 2015, 13:53

Respublika Yanıq Mərkəzinin rəhbəri Şöhrət Məmmədov Goranboyda partlayış nəticəsində xəsarət alaraq Bakıya gətirilən xəstələrin son durumu ilə bağlı açıqlama verib. O, Modern.az saytına  xəstə Şəbnəm Qasımovanın vəziyyətinin ağır, stabil olduğunu bildirib:

“Uşaqlar -Yaqub və İsanın  vəziyyəti orta, stabildir. Palata şəraitində müalicələri davam etdirilir. Ana və uşaqları anlaqlıdır, huşları yerindədir”.

Həkim ailə başçısı İnqilab Qasımovun dünən Bakıya gətirilərkən, yolda, Hacıqabul rayonu ərazisində dünyasını dəyişdiyini bildirib:

“Nə uşaqlar, nə də Şəbnəm Qasımova həyat yoldaşının öldüyünü bilir. Anlaqlı vəziyyətdə olsa belə, xəbəri öyrənməsi xəstə üçün təhlükəlidir”.

Oktyabrın 20-də Goranboy rayonunun Ağcakənd qəsəbəsində Qazanbulaq kənd sakininin kirayə yaşadığı evdə partlayış baş verib. Nəticədə bir ailənin 4 üzvü- İnqilab Qasımov, həyat yoldaşı, Şəbnəm Qasımova, övladları, 8 yaşlı Yaqub və 7 ağır yanıq xəsarətləri alıb. 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!