Modern.az

“Hər bir zərdablının problemini öz şəxsi məsələmdən ayrı bilməmişəm” - FOTOLAR

“Hər bir zərdablının problemini öz şəxsi məsələmdən ayrı bilməmişəm” - FOTOLAR

22 Oktyabr 2015, 16:37


92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizəd Jalə Əliyevanın Zərdab rayonunun kəndlərində seçicilərlə görüşləri davam edir.

Modern.az xəbər verir ki, namizəd bu dəfə Pərvanlı, Lələağacı, Yarməmmədbağı, Burunlu və Məlikli kəndlərindən olan seçicilərlə görüşüb.  Seçicilərlə çox səmimi şəkildə keçən görüşdə Jalə Əliyeva millət vəkili olaraq gördüyü işlər, seçicilərin problemləri və onların həll yolları ilə bağlı geniş fikir mübadiləsi aparıb.

J.Əliyeva seçilərlə görüşündə Cənab Prezident İlham Əliyevin ölkəmizin inkişafı üçün həyata keçirilən uğurlu islahatlardan söz açıb və bildirib ki, ölkə rəhbərinin uzaqgörən siyasəti nəticəsində hər bir Azərbaycan vətəndaşı, o cümlədən zərdablıların və ucarlılarında həyat şəraitinin yaxşılaşdırılması istiqamətində təqdirəlayiq işlər həyat keçirilir.

Daha sonra seçiciləri maraqlandıran sualları cavablandıran namizəd qeyd edib ki, beş il müddətində seçicilərin etimadını doğrultmağa çalışıb: “Deputat kimi fəaliyyət göstərdiyim müddətdə daim seçicilərin problemlərinin həllinə çalışmışam və yenidən etimad göstərsəniz, belə də davam edəcəm. Zərdab mənim üçün çox doğma yerdir. Mən hər bir zərdablının qarşılaşdığı problemi, üzləşdiyi çətinliyi öz şəxsi məsələmdən ayrı bilməmişəm. Seçki platformamda seçicilərimə nə vəd vermişdimsə, mərhələ-mərhələ onların həlli üçün çalışmışam. Bütün fəaliyyətim boyu daima seçicilərimdən dəstək görmüşəm. Buna görə, Sizə çox təşəkkür edirəm”.

Seçicilər J. Əliyevaya bu səmimi görüşə görə təşəkkürlərini bildirib və qeyd ediblər ki, artıq onlar öz layiqli namizədlərini kim olacağına qərar veriblər.

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!