Modern.az

İmişli seçiciləri Çingiz Qənizadəni dəstəkləyir - FOTOLAR

İmişli seçiciləri Çingiz Qənizadəni dəstəkləyir - FOTOLAR

Təhsil

22 Oktyabr 2015, 16:56


80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə seçicilərlə görüşlərini uğurla davam etdirir.

Ç.Qənizadə daha 6 kənddə -  Şərq, Türklər, Muradxanlı, Cəfərli, Oruclu, Ağaməmmədli  kəndlərindən olan seçicilərlə görüş keçirib və  bu günədək görüş keçirdiyi kəndlərin sayını 30-a çatdırıb.

80 saylı İmişli -Beyləqan seçki dairəsinə daxil olan kəndlərdə keçirilən bu görüşlərdə yüzlərlə seçici - kənd ağsaqqalları, ziyalılar, gənclər iştirak edib.
Səmimi ab-hava şəraitində keçən görüşlərdə seçicilər onları narahat edən  bir sıra məsələlər haqqında fikirlərini çatdırıblar. Seçicilərini diqqətlə dinləyən Ç.Qənizadə  qaldırılan məsələlərə münasibət bildirib və deputat seçiləcəyi tədqirdə müvafiq dövlət qurumlarının köməyi ilə onları narahat edən məsələlərin həllinə çalışacağını söyləyib.

Görüşlərdə seçicilər də çıxış edib. Onlar Ç.Qənizadənin 5 illik deputat fəaliyyətindən razı qaldıqlarını dilə gətirib,  millət vəkili kimi fəaliyyət göstərdiyi illərdə seçiciləri tərəfindən qaldırılan məsələləri diqqətdə saxladığını, onların həlli istiqamətində öz səyini əsirgəmədiyini vurğulayaraq Çingiz Qənizadəni yenidən dəstəkləyəcəklərini və ona səs verəcəklərini bildiriblər.
Ç.Qənizadənin seçicilərlə görüşləri davam edir.

 

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!