Modern.az

Azərbaycanlını öldürən erməni azadlığa buraxıldı

Azərbaycanlını öldürən erməni azadlığa buraxıldı

22 Oktyabr 2015, 17:10


Yerevanın Nor-Maraş və Kentron inzibati rayon məhkəməsi əslən azərbaycanlı olan İran vətəndaşı Pur Mirzə Bəyi öldürdüyü üçün ömürlük həbs cəzası alan Soqomon Köçəryanı azadlığa buraxıb.

Modern.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, Mnatsakan Martirosyan müttəhimin sağlamlıqla bağlı problemlərini nəzərə alaraq Soqomonyanın cəzasını azadlıqda çəkməsinə qərar verib.

Dağlıq Qarabağ müharibəsi zamanı kəşfiyyatçı kimi Azərbaycana qarşı təcavüzdə iştirak edən Köçəryan 1995-ci ildə Ermənistana ərzaq gətirən yük maşınının sürücüsü Pur Mirzə Bəyi ölkəyə narkotik gətirməkdə ittiham edərək Qoris-Qapan yolunun yaxınlığında tapança ilə güllələyib.

Bundan başqa, o 2004 və 2009-cu illərdə saxlanıldığı “Nubaraşen” həbsxanasından 2 dəfə qaçıb.    

Vüqar İsmayılov  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!