Modern.az

Xınalıq sakinləri: “Bizim tək deputatımız var: VAHİD ƏHMƏDOV” - FOTOLAR

Xınalıq sakinləri: “Bizim tək deputatımız var: VAHİD ƏHMƏDOV” - FOTOLAR

22 Oktyabr 2015, 17:38


“Dağlar qoynunda möcüzə” adını almış, açıq hava altında muzey ünvanına sahib Xınalıqda görüş buranın sakinlərinin ürəyincə olub. Şəhər mərkəzindən təqribən 60 km uzaqlıqda yerləşən bu dağ kəndinə gəlmək hər an mümkün deyil.

Amma “hər bir seçicim mənim vəlinemətimdir” deyən və hər bir seçicinin müraciətinə həssaslıqla yanaşan Vahid Əhmədovun seçki təşviqatı çərçivəsində növbəti dayanacağı dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən bu “qartal yuvası”na olub.

Ölkə prezidenti cənab İlham Əliyevin sərənacamına əsasən bu ucqar kəndin yol infrastrukturu yeniləndikdən, müasir tələbələrə uyğunlaşdırıldıqdan sonra kənd sakinlərinin sosial həyatında müsbət dəyişikliklər baş verib.

Namizdəin vəkilləri İsa Şirinov və Fəxrəddin Əliyev Vahid Əhmədovun həyat və fəaliyyətindən danışdıqdan sonra söz kənd sakinlərinə verilib.

Kənd məktəbində namizədlə görüşə toplaşan kənd sakinləri də  son illərdə kənd əhalisi üçün yaradılan imkan və şəraitə görə cənab prezidentə və artıq 10 ildir ki, onların Milli Məclisdə təmsilçiliyini uğurla yerinə yetirən Vahid Əhmədova təşəkkür ediblər.

Kənddə müəyyən problemlər həll edilsə də mövcud problemlərin də qalmaqda olduğunu diqqətə çatdıran kənd sakinlərindən Yusif Şabanov, Qurban Babayev, İsrafil Nemətov, Qafar Lalayev, Ziyəddin Şərifov, Namiq Əhmədov, Qəmbər Eldarov, Eynulla Müslümov, Ənvər Məmmədov qeyd ediblər ki, bu kəndin əsas qazancı maldarlıqdandır.

Bunu üçünsə təbii ki örüş yerləri lazımdir. Kəndin ən böyük problemi məhz örüş yerlərinin yoxluğu və ya həmin yerlərin başqa məqsədlər üçün istifadəsidir. Görüşdə səsləndirilən digər təkliflər arasında kəndin içməli su perobleminin həlli, qaz təminatı ilə təchizat, eləcə də yüksəkliyə görə əmək haqlarına əlavə ödənilən 30%-lik vəsaitin təqaüdlərdə də nəzərə alınması ilə bağlı olub.

İrəli sürülən təkliflərlə bağlı sakinləri məlumatlandıran hazırkı millət vəkili və yeni namizəd Vahid Əhmədov digər məsələlərin həlli istiqamətində də çalışacağını bildirib.

Onunla görüşə gəldiyinə görə sakinlərə təşəkkürünü bildirən V.Əhmədov hamını 1 noyabr seçkilərində mütəşəkkil iştirak etməyə cağırıb və bu sekçilərin də ölkəmizdə demokratiyanın azad seçkilərin Avropaya nümunə olacağını qeyd edib.

Görüşdən sonra da seçiciləri ilə təkbətək görüşən V.Əhmədov onları dinləyib.

Modern.az

 

 
Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!