Modern.az

Elmira Axundova seçicilərinə: “Seçkilərdə fəal olmağınızı xahiş edirəm"

Elmira Axundova seçicilərinə: “Seçkilərdə fəal olmağınızı xahiş edirəm"

22 Oktyabr 2015, 17:13


71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizəd Elmira Axundova oktyabrın 21-də Masallı rayonunun Tüklə və Hişkədərə kəndlərində seçicilərlə görüş keçirib. Tüklə kəndində görüş 11:30-da, Hişkədərə kəndində isə 15:00-da baş tutdu. Elmira Axundovanın vəkili, əməkdar müəllim Musarza Mirzəyev onun tərcümeyi halından söz açdı. O bunları dedi: “Elmira Axundovanın el-obaya bağlılığından,  millət təəssübkeşliyindən, vətən və xalq məhəbbətindən saatlarla danışmaq olar. Hesab edirəm ki, təkcə onun 90-cı illərdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasındakı böyük xidmətlərindən danışmaq kifayətdir. Vətənin ən ağır vaxtlarında öz xalqı ilə birgə olmaq, onun haqq səsini dünyaya çatdırmaq hər kəsə qismət olan bir iş deyil. Həmçinin ümummilli lider Heydər Əliyevlə bir yerdə çalışmaq şərəfi də çox az adama qismət olub. Bundan əlavə xalqı ləyaqətlə ən yüksək tribunalarda təmsil etmək, beynəlxalq səviyyədə hörmət sahibi olmaq da hər kəsə nəsib olmur. Amma bütün bunlar Elmira Axundovaya qismət olub. Odur ki, sizin də qismətinizə belə bir dəyərli insanın seçiciləri olmaq düşüb. Mən əminəm ki, noyabrın 1-də keçiriləcək seçkilərdə sizlər yenidən doğru seçim edəcəksiniz”.

Görüşlərdə həmçinin Elmira Axundovanın vəkili, tanınmış ziyalı Yeganə Musazadə də çıxış etdi. Elmira Axundovanın 90-cı illərdəki geniş fəaliyyətindən, həmçinin zəngin yaradıcılığından bəhs edərək dedi: “Bizim Elmira xanımla tanışlığım 1990-cı illərin əvvələrinə təsadüf edir. Mən həmin illər Naxçıvanın Bakı şəhərindəki Daimi nümayəndəliyində çalışırdım. Heydər Əliyevə qarşı olan hücumların dəf edilməsində, onunla bağlı həqiqətlərin dünyaya çatdırılmasında Elmira xanımın necə şövqlə mübarizə apardığının canlı şahidi olmuşam. Elmira Axundova sözün əsl mənasında şəxsiyyətdir. Şəxsiyyət sözü geniş anlayışdır. Şərəfli insan, gözəl valideyn, sədaqətli dost, layiqli vətəndaş kimi müqəddəs məfhumlar bura daxildir. Elmira Axundovanı uzun illər tanıyan bir şəxs kimi deyə bilərəm ki, bu məziyyətlərin hər biri Elmira xanıma xasdır. O, həmçinin öz sözünü deyən, bu bölgənin adını ucaldan, ürəyi sizinlə bir vuran, sizə dəyər verən millət vəkilidir. Baxın görün sizin qismətinizə necə gözəl bir millət vəkili düşüb. Buna görə mən də Musarza müəllim kimi düşünürəm ki, növbəti  5 ildə sizi təmsil etmək üçün Elmira Axundovaya yenə dəstək olacaqsınız”.
Tüklə kəndində kənd sakinləri Sübhan Rufullayev, Arif Məhərrəmli, Əlisultan Rəhmətov, Məhərrəm İsmayılov və s., Hişkədərə kəndində isə Füzuli Abdullayev, Nizami Fətullayev, Şıxəli Əliyev, Zöhrab Ağayev, Gülyaz Hüseynova və digərləri ictimai problemləri qeyd etməklə yanaşı, əvvəlki seçkilərdə Elmira Axundovaya dəstək olduqlarını, bundan sonra da bütün kənd sakinləri ilə birgə dəstək olacaqlarını dilə gətirdilər. 
Görüşün sonunda deputatlığa namizəd Elmira Axundova görüşə gəldikləri, dəstək verdikləri və ictimai əhəmiyyətli məsələləri növbəti 5 ildə onun qarşısında vəzifə kimi qoyduqları üçün sakinlərə təşəkkür etdi. O, əvvəlki 10 ildə rayonun inkişafı üçün gördüyü işlər, Milli Məclisdəki çıxış və təklifləri barədə ətraflı məlumat verdi. O, qeyd etdi ki, əvvəlki 10 ildə bir çox problemlər ölkə rəhbəri cənab Prezident İlham Əliyevin köməyi, dəstəyi, qayğısı nəticəsində həll olunub, əmindir ki, yenidən seçiləcəyi təqdirdə növbəti 5 il ərzində yenə rayonun problemlərini ən yüksək vəzifəli dövlət məmurlarının qarşısında qaldıracaq, qalan problemlərin də həllinə birlikdə nail olunacaq. 


Ən sonda Elmira Axundova yenə də sakinlərdən seçkilərdə fəal olmağı, kimə səs verəcəklərindən asılı olmayaraq seçkilərə qatılmağı xahiş etdi.

 

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!