46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov Şirvan seçicilərlə görüşlərini davam etdirir.
Əsasən seçicilərin təklifii ilə müəyyənləşdirilən görüş qrafikinə uyğun olaraq namizəd bu gün Şirvan şəhər, Bayramlı qəsəbəsi sakinləri ilə görüşüb.Havanın yağışlı və soyuq olmasına baxmayaraq , seçicilərin Rafael Cəbrayılova olan hörmətini kütləvi şəkildə namizədlə görüşədə iştirak etməklə bildirdilər.
Namizəd seçicilərlə görüşdən məmnunluğunu bildirərək, təbliğat kompaniyasında aktiv iştirak etdikləri üçün bütün seçicilərə təşəkkür etdi. Qeyd etdi ki, bu fəaalığı 1 noyabr tarixində də nümayiş etdirərək , layiqli namizədin Şirvanı təmsil etməsinə dəstək olmaq lazımdır.
Çıxış edən sakinlər təbliğat kompaniyası çərçivəsində Rafael Cəbrayılovun Şirvan şəhərinin bütün küçə və qəsəbələrində sakinlərlə görüşlərinin təşkil olunmasını yüksək qiymətləndirdilər.
Hər zaman xalqın yanında olan namizədə dəstək olduqlarını və 1 noyabrda səs verməklə Rafael Cəbrayılovun Şirvanda rəqibsiz namizəd olduğunu sübüt edəcəklərini bildirdilər.
P.S. Rafael Cəbrayılovun növbəti görüşü 23.10.2015-ci il saat 12:00 –da “Şirvan” kinoteatrında olacaq. Şirvan şəhərindən olan digər namizədlər də həmin görüşə dəvətlidirlər.
Əlaqə telefonu : 055 207 25 15
Modern.az