115 saylı seçki dairəsində Cavanşir Feyziyevin seçicilərlə görüçləri yerli sakinlərin yüksək fəallığı şəraitində davam edir. Son günlərdə keçirilən görüşlər Şəki rayonunun Aşağı Küngüt və Baş Küngüt kəndlərində təşkil olunub. Yaşayış məntəqələrinin mərkəzində qurulmuş səyyar təbliğat-təşviqat səhnəsi deputatlığa namizədin öz seçicilərinə ünvanladığı şüarlarla bəzədilmişdi. Deputat Cavanşir Feyziyevin səhnədə yer alan vəkilləri – Baba Yusifov, professor Fərman İsmayılov, professor Rafiq Rəsulov, tanınmış yazıçı-jurmalist Ələddin Əsədzadə, şair Vaqif Aslan və başqaları vətəndaşlara müraciət edərək, son beş ildə Cavanşir Feyziyevin ictimai-siyasi fəaliyyəti barədə ətraflı danışmış və seçiciləri növbəti dəfə Cavanşir Feyziyevin namizədliyini dəstəklıəməyə çağırıblar.
Seçicilər qarşısında çıxış edən Cavanşir Feyziyev Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə Azərbaycanın rolu və yeri haqqında danışmış, son 5 ildə bütün ölkədə, eləcə də 115 saylı seçki dairəsi ərazisində hökümət tərəfindən həyata keçirilmiş geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verib. Sakinləri parlament seçkilərində yaxından iştirak etməyə çağıran deputatlığa namizəd Cavanşir Feyziyev bütün seçkilərdə vətəndaşların fəal iştirakını onların Azərbaycan dövlətçiliyinin möhkəmkləndirilməsinə verdikləri dəyərli töhfə kimi qiymətləndirmişdir. Tədbirlərdə çıxış edən yerli sakinlər deputatın keçən 5 il ərzindəki fəaliyətindən razı qaldıqlarını və 1 noyabr seçkilərində də növbəti dəfə Cavanşir Feyziyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.Baş Küngüt və Aşağı Küngüt kəndlərində əsl bayram əhval-ruhiyyəsində keçən uğurlu görüşlər “Qala” instrumental ansamblının, tanınmış musiqi və incəsənət xadimləri – xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarının, əməkdar artist Vaqif Şıxəliyevin və digər müğənnilərin iştirak etdiyi konsert proqramı ilə başa çatıb.