Modern.az

Türkiyənin sabiq naziri: “Azərbaycanı narahat edən hər şey bizim canımızı sıxar”

Türkiyənin sabiq naziri: “Azərbaycanı narahat edən hər şey bizim canımızı sıxar”

22 Oktyabr 2015, 18:08

Azərbaycan ilə Türkiyə İpək Yolunu dünyaya yenidən qazandırır. Bu müddətdə bölgənin potensialına zərər verən ən böyük məsələ Ermənistanın Azəbaycan torpaqlarının işğalıdır.

Xəzər Strateji İnstitutu (HASEN) tərəfindən 'Modern İpək Yolu'nda Stratejik Üst (Baza): İzmir mövzulu konfrans İzmirdə baş tutdu. Jurnalist Hakan Poladın moderatorluğunda, Türkiyə Respublikası sabiq Nəqliyyat naziri Binali Yıldırım, TRASEKA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi), Azərbaycan Milli katibi Akif Mustafayev, Nəqliyyat, Dənizçilik və Xəbərləşmə Nazirliyi sabiq müşaviri Suat Hayri Aka, SOCAR Türkiyə CEO-su Kenan Yavuz və Xəzər Strateji İnstitutu (HASEN) baş katibi Haldun Yavaş yenidən canlanan İpək Yolu və Xəzər Transit Koridorunun bu yoldaki stratejik əhəmiyyətini müzakirə etdilər.

TRASEKA Azərbaycan Milli katibi Akif Mustafayev, Xəzər Transit Koridorunun həyata keçməsində ən əhəmiyyətli addımlardan birinin Bakı-Tiflis-Qars qatar yolunun Türkiyədəki 76 km-lik hissəsinin bitməsi olduğunu dilə gətirdi. Paydaş ölkələr arasında ortaq tarif və qaydaların da olmasının lazımlı olduğunu dilə gətirən Akif Mustafayev həmçinin bölgədəki ticarətə ən böyük maneənin Ermənistanın həyata keçirdiyi işğalın olduğunu da xatırlatdı. Mustafayev, "Əgər erməni işğalı olmasaydı regionda daha çox işlər görülə və daha çox investisiya layiheleri heyata keçirilie bilərdi.O qeyd etdi ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və bu mövzu ilə dünya maraqlanmır. Bu mesele ile yalnız Azərbaycan və Türkiyə çalışmaqdadır.

A.Mustafayev bildirdiki,  Ermənistanın Azərbaycan torpaqlarındakı işğalını davam etdirməsi regionun inkişafına mane olmaqdadır ve  ümid edirik ki,en qısa zamanda bu problem öz  hellini  tapar. Azərbaycanı Narahat Edən Bizim Də Canımızı Sıxar

Konfransda Şərq-Qərb dəhlizinin əhəmiyyətini ən çox əhatə edən bölgə ölkəsinin Azərbaycan olduğunu, heyata keçirilen  enerji, nəqliyyat layihələrinin hamısı bölgənin taleyini dəyişdirəceyine diqqət çəkən Türkiyə Respublikası sabiq Nəqliyyat naziri Binali Yıldırım bildirdi ki, "Türkiyə və Azərbaycan liderlərinin güclü siyasi iradəsi  bu lahiyeleri sürətləndirir. İldırım ayrıca Türkiyə və Azərbaycanı içində olduğu layihələrin regional, qlobal sülhə, qardaşlığa qatqı təmin edəcəyini söylədi. Türkiyə ilə Azərbaycanın qısa müddətli faydalı əlaqələri ilə deyil uzun müddətli və bölgə sülhünü hədəfləyən bir əməkdaşlıq içində olduğunu deyən İldırım, "Bunu edərkən heç kim bizım regiondaki müstəmləkə və işğal həvəslilərinə dözüm göstərməmizi gözləməsin. Biz bu məzmunda Ermənistanın etdiklərini əsla və əsla, gərək Türkiyə üzərindəki haqq iddaları, gərəksə Azərbaycan-Qarabağ bölgəsindəki işğallarına qəbul etmərik. Azərbaycanı narahat edən hər şey bizim canımızı sıxar. Bizim siyasətimiz budur. Sizin üçün yaxşı olan nədirsə bizim üçün də yaxşı olan odur "dedi.

Türkiyə Və Azərbaycan, İpək Yolunu Dünyaya Yenidən Qazandırır Konfransda nitq söyləyən SOCAR Türkiyə CEO-su Kenan Yavuz isə, tarixi İpək Yolunun yenidən canlanması və yüksəliş dövrünün başladığını, Türkiyənin böyük bir infrastruktur inqilabı reallaşdırdığını söylədi. SOCAR Türkiyənin də Türk-Azərbaycan ortaqlığı və qardaşlığı ilə Türkiyənin ən böyük real sektor yatırımına imza atdığını və neft emalına inteqrasiyalı bir istehsal modelini həyata keçirmək üçün 10 milyard dollarlıq investisiya qoyuluşunu planladırdıqlarını qeyd edən Yavuz, 2018-ci ildə də TANAP Layihəsinin tamamlanacağını qeyd etdi. Təxminən 10 aylıq bir iş sonrasında "Xəzər Transit Koridoru" hesabatının tamamladıqlarını dilə gətirən Xəzər Strateji İnstitutu Baş katibi Haldun Yavaş, "Xəzər dənizi, sürətli bir Maqistrala çevrilir. Qazaxıstan, Azərbaycan və Türkmənistan Xəzər dənizində yüksək tutuma sahib yeni limanlar inşa edir və mövcud limanların imkanlarını artırır "dedi. 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!