Modern.az

Gəncə seçiciləri:"Biz davamlı inkişafa səs verəcəyik!"

Gəncə seçiciləri:"Biz davamlı inkişafa səs verəcəyik!"

22 Oktyabr 2015, 21:50

Milli Məclisə seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seşki Qərargahının Gəncə şəhər şöbəsinin təbliğat-təşviqat tədbirləri çərçivəsində bu gün  3-cü mikrorayon, 8 saylı  binanın qarşısındakı məhəllə klubunda 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə deputatlığa namizəd  Quliyev  Musa  İsa oğlu ilə seçicilərin görüşü keçirilib.

 Modern.az bildirir ki, görüşü  giriş sözü ilə açan YAP Gəncə Dövlət Universiteti  ərazi ilk partiya təşkilatının sədri  Cavid Bağırzadə  1 noyabr Milli Məclisə seçkilərlə bağlı Gəncə şəhərində seçicilərin yüksək əhval-ruhiyyədə, nikbin ruhda olduqlarını,bütün tədbirlərdə mütəşəkkillik,coşqu nümayiş etdirdiklərini diqqətə çatdırıb.Ulu Öndər  Heydər Əliyevin ikinci  dəfə hakimiyyətə gəldiyi dövrdən bu günədək ölkədə olan ictimai-siyasi sabitlikdən danışıb, iqtisadiyyatımızın, o cümlədən qeyri-neft sektorunun, kənd təsərrüfatının, sosial sahələrin, güclü Azərbaycan Ordusunun və regionların inkişaf etdiyini qeyd edib. Bu inkişaf  möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin müdrik  siyasətinin  bəhrəsidir.O, YAP tərəfindən namizədliyi irəli sürülmüş Musa Quliyevi göruş iştirakçılarına təqdim edib.

Seçicilər qarşısında çıxış edən Musa Quliyev YAP-ın əldə etdiyi nailiyyətlərdən danışıb. Bu  seçkilərin favoritinin məhz Yeni Azərbaycan Partiyası olduğunu deyib: “Partiyamız parlament seçkilərinə “Yeni hədəflərə doğru!” şüarı ilə gedir.Bu hədəflərin ən başlıcası Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Bu gün ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev bu istiqamətdə məqsədyönlü iş aparır.Biz inanırıq ki, dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində  torpaqlarımız işğaldan azad olunacaq”. 

Musa Quliyev deputat seçiləcəyi təqdirdə qaçqın və köçkünlərin fikirlərini daim parlamentdə səsləndirəcəyini vurğulayıb. 

Təbliğat qrupunun üzvləri və çıxış edənlər deputatlığa namizəd Musa Quliyevin cəmiyyətdə hörmət və nüfuz sahibi olmasından,deputatlıq fəaliyyəti dövründə seçicilərin doğması olaraq, onların etimadını layqincə doğrultmasından söhbət açıblar.1 noyabr Milli Məclisə seçkilər günü hamı bir  nəfər kimi seçki məntəqələrinə gələrək,YAP-ın namizədlərinə səs verəcəklərinə, hər zaman qüdrətli Yeni Azərbaycan Partiyası və onun müdrik rəhbəri  cənab İlham Əliyevlə birlikdə olacaqlarına söz veriblər.    

 

 

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!