Modern.az

"WizzAir" Bakı ilə ucuz aviareysləri bərpa edəcək

"WizzAir" Bakı ilə ucuz aviareysləri bərpa edəcək

23 Oktyabr 2015, 11:01



Macarıstanın "WizzAir" aviaşirkəti 2016-cilin mart ayından etibarən Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə aviareysləri bərpa edəcək”. Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Arif Məmmədov deyib. O qeyd edib ki, bununla bağlı müvafiq müqavilə oktyabrın 28-də imzalanacaq. “Biz "WizzAir" şirkətinin təkliflərinin 99%-ini qəbul etdik və sonunda razılaşdıq. 3 gün sonra, oktyabrın 27-si "WizzAir"in rəsmiləri Bakıya səfər edəcək və oktyabrın 28-i AZAL və Macarıstan şirkəti arasında rəsmi imzalanma mərasimi baş tutacaq.
"Biz onlara təklif etmişik ki, qış mövsümündə uçuşlar həyata keçirsinlər. Amma onlar mart ayından etibarən Budapeşt reyslərini bərpa edəcəklər. Özü də onların istədiyi güzəştlər əsasında".

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!