Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

23 Oktyabr 2015, 13:35

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 16-20, Bakıda gecə 12-14, gündüz 18-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Yaxın 3 gün ərzində Abşeron yarımadasında gözlənilən dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!