Modern.az

Adil Əliyev: "Azərbaycan bundan sonra da dinamik inkişaf yolunu tutacaq" - MÜSAHİBƏ

Adil Əliyev: "Azərbaycan bundan sonra da dinamik inkişaf yolunu tutacaq" - MÜSAHİBƏ

Təhsil

23 Oktyabr 2015, 14:34

"Məhz Cənab Prezident İlham Əliyevin qətiyyəti nəticəsində arzuolunmaz hadisələrin qarşısı alındı”

Modern.az Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, 20 saylı Nərimanov ikinci seçki dairəsindən millət vəkilliyinə namizəd Adil Əliyevin müsahibəsini təqdim edir.

-Adil müəllim, IV çağırış Milli Məclisin işinə yekun vuruldu. Ümumiyyətlə, parlamentin beşillik fəaliyyətini necə qiymətləndirirsiniz?

- İlk növbədə qeyd etmək istərdim ki, ölkəmizin ali qanunvericilik orqanı kimi Milli Məclisin bütün iclasları, aparılan bütün müzakirələr və qəbul edilən qanunlar məhz xalqın rifahı, daha yaxşı yaşaması naminədir. Bu isə birinci olaraq, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasi xəttin tərkib hissəsidir. Məhz Cənab Prezidentin siyasi istiqaməti ilə tutulan bu yol ölkəmizin, xalqımızın növbəti uğurlar qazanmasına stimul, təkan verir. Ötən beş ildə görülən işləri sadalasaq, buna sadəcə vaxt yetişməz. Ona görə də bütövlükdə parlamentin beşillik fəaliyyətini çox yüksək dəyərləndirir, həmkarlarıma da dərin təşəkkürlərimi bildirirəm.

- Bildiyimiz kimi, artıq 2016-cı ilin dövlət büdcə təsdiq olunub. Bununla bağlı sizin fikirləriniz nədən ibarətdir?

 - Prezident İlham Əliyevin fədakar fəaliyyəti sayəsində ölkəmiz dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərindən birinə çevrilir. İstər regionda, istərsə də dünyada biz bunun şahidi oluruq. Əlbəttə ki, inkişaf olduqca, işlər də artır, yeni tələblər ortaya çıxır. Biz bütün bunları icra etməkdən ötrü, dövlətimizin daha da güclü olmasından ötrü hər zaman bir intibah, bir tərəqqi addımını atmalıyıq. Yəni xalqın, dövlətimizin intibahının daha da sürətləndirilməsi, inkişaf etmiş ölkələrin elm, iqtisayyat, sosial, mədəniyyət və s. marafonunda ön sıralarda yer alması zəruridir. Bu baxımdan, təsdiq olunmuş dövlət büdcəsi bütün sahələrin inkişafında öz rolunu oynayacaqdır.

- Bugünlərdə Prezident İlham Əliyevin atdığı qətiyyətli qərarları və addımları ilə bağlı nə deyə bilərdiniz?

- Bəlli olduğu kimi, Milli Məclisin son iclasında prezident İlham Əliyev tərəfindən təklif edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun layihəsi qəbul olundu. 4 bənddən ibarət qanuna əsasən, 2 il müddətində sahibkar təsərrüfatlarında yalnız vergi yoxlamaları və insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. O cümlədən, həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilməyəcək. Belə bir qanunu qəbulu sizi inandırım ki, heç inkişaf etmiş Avropa dövlətlərində də tədbiq edilməyib. Bu baxımdan, biz mediadan, da analitiklərin fikirlərindən də görürük ki, hər kəs bu qərarı müsbət qarşılayır. Artıq nəticələr barədə danışmalıyıq və biz çox yaxınlarda süni müdaxilələr azaldığı üçün kiçik və orta sahibkarlıqda canlanmanın yaranmasını görəcəyik. Digər tərəfdən, ölkədə hər şey neft sənayesi üstünə qurulsa da, Azərbaycanın qeyri neft sektorunun da kifayət qədər potensialı var. Çünki bəzi məmurların sahibkarlardan pul tələb etməsi, zaman-zaman onların kreditlər götürüb borcanmalarına şərait yaradılması sahibkarların bir çoxunun iflasına gətirib çıxarırdı. "Sahibkar heç kimə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır" bu sözləri də məhz Prezident deyib. İndi isə bu arzuolunmaz faktların qarşısı alındı, məhz Cənab Prezident İlham Əliyevin qətiyyəti nəticəsində. İnaniram ki, Azərbaycan bundan sonra da dinamik inkişaf yolunu tutaraq, yalnız irəliyə, qələbələrə doğru gedəcək. Bizlər də xalqımızın bir nümayəndəsi kimi bu işdə daim dövlət başçımızın siyasəti ətrafında daha da sıx birləşəcəyik.

- Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı bu sahədə şəffaflığın təmin olunması üçün atılan mühüm addım sayıla bilərmi?

-Prezident İlham Əliyevin gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında Fərmanını yüksək qiymətləndirirəm. Bu, olduqca vacib qərardır. Bundan sonra xaricdən 10 min manat dəyərində mal gətirənlərə yaşıl işıq yandırıldı. Düşünürəm ki, sözügedən Fərman gömrükdə insanlara qarşı əsassız tələblər irəli sürənlərə növbəti ciddi siqnal olmalıdır. Bundan başqa Fərmanı Azərbaycan Prezidentinin sədrliyi ilə oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiklərinin həyata vəsiqə qazanması kimi başa düşmək lazımdır. İqtisadiyyatda xeyli uğurlarımız var, sosial sahəyə diqqət ildən-ilə artırılır. Ancaq Prezidentimizin də qeyd etdiyi kimi bəzi sahələrdə neqativ hallar da var ki, onlar ölkənin ümumi inkişafına mane olur. Düzdür neft sənayesinin Azərbaycan iqtisadiyyatında yeri və rolu danılmazdır. Ancaq 30 minə yaxın iş yerinin bağlanması dünya bazarında neftin qiymətinin enməsi ilə bağlı deyil. Bu məsələdə əsas problem rüşvət, korrupsiya halları, bürokratik əngəllər və inhisarçılıqdır. İnsanları əsasız olaraq nə qədər yoxlamaq olar? O da yorulur, sonra ya müəssissəsini, ya da dükanını bağlayır. Bundan isə uduzan yenə dövlət olur. Çünki həm iş yerləri itirilir, həm də zəruri vergidən məhrum olunur. Prezident müşavirədə bütün bu neqativ halların ortadan qaldılrlmasını tələb etdi. Açılan iş yerlərini qorumaq və yenilərini açmaq lazımdır ki, həm məşğulluq, həm də insanların rifah halı artsın. “Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq” deyən Prezidentimizin bu fikirlərindən hər kəs özü üçün bir nəticə çıxarmalıdır.Nəticə çıxarmayanların acı taleyi göz önündədir. 

- Adil müəllim, siz həm də necə deyərlər, bir idman adamısınız. Ümumiyyətlə, bu sahədə gedən inkişafı necə qiymətləndirirsiniz?

- Doğru buyurdunuz. Bu il Azərbaycanın şanlı tarixinə, o cümlədən, Avropanın tarixinə silinməz izlər qoydu. Azərbaycanda “Bakı-2015” birinci Avropa Oyunları bütün möhtəşəmliyi ilə baş tutdu. Mən daha öncə də vurğulamışdım ki, belə bir nəhəng tədbirin ölkəmizdə keçirilməsinin əhəmiyyəti çox böyükdür. Bu, nəinki Azərbaycanın, ümumilikdə qitənin həyatında mühüm hadisədir. Dünyada tolerantlığın nümunəsi hesab olunan Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etməyə haqq qazanıb. Azərbaycanın bu sahədə zəngin təcrübəsi vardır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə idmanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi, Azərbaycan Gəncləri Gününün təsis edilməsi, 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi dövlətimizin bu sahəyə artan qayğısının bariz göstəricisidir. Mötəbər beynəlxalq yarışları yüksək səviyyədə təşkil edən Azərbaycan hazırda dünyada idman ölkəsi kimi tanınır. Bu da Azərbaycana olan etimadı artırır. Birinci Avropa Oyunlarını təşkil edən ölkə bu etimadı qazanmalı idi. Azərbaycan da bunu qazandı.

- Bildiyimiz kimi, V çağırış Milli Məclis seçkilərinə namizədliyinizi irəli sürmüsünüz. Təbliğat-təşviqat işləriniz nə yerdədir, seçicilərlə ünsiyyətiniz necədir və növbəti seçkilərə hazırlıq prosesini necə dəyərləndirirsiniz?

- Bəli, artıq seçkilərə sayılı günlər qalır. Mən də bu ərəfədə namizəd olduğum seçki dairəsi üzrə demək olar ki, hər gün dəyərli seçicilərimlə görüşür, onların problemləri ilə maraqlanır, sual və təkliflərini dinləyirəm. Bilirsiniz, təvazökarlıq kimi çıxmasın, şəxsən mən bir milllət vəkilliyinə namizəd kimi seçicilərimlə keçirdiyim hər bir görüşdən məmnunluq duyuram. Çünki seçicilərimin qarşısına üzağ, alnıaçıq çıxıram. Bilirəm ki, ötən millət vəkilliyim dövründə üzərimə götürdüyüm öhdəikləri yerinə yetirməyi bacarmışam. İstər sosial, istər digər sahələrdə apardığım işlərin uğurlu nəticəsini gördükdə isə sevinirəm. Bundan gözəl hansı hissiyat ola bilər? Bir millət vəkili kimi görülən işlər bizi qürurlandırır. Yaşlı insanlar, təqüdçülər, yeniyetmə və gənclər müəyyən problemlərlə üzləşirlər ki, bunları da araşdırmaq, həll etmək millət vəkilinin ümdə borcudur. Hər zaman demişəm, millət vəkili millətinin vəkili olmalıdır. Seçkilərə hazırlıq prosesinə gəldikdə isə biz bir komanda olaraq seçkilərə tam hazırıq. Fürsətdən istifadə edərək, hər bir namizədə uğurlar arzu edirəm.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!