13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə Milli məclisə namizədliyi irəli sürülən Rauf Əliyev YAP Xəzər rayon təşkilatında səhiyyə işçiləri ilə görüşüb.
Görüşdə çıxış edən həkimlər, tibb bacıları keçən dövür ərzində Rauf Əliyevin qəsəbələrin sosial problemlərinin həllindəki roluna yüksək qiymət verərək qəsəbələrdəki bir neçə problemlərin həllində köməklik göstərməyini xahiş ediblər. Seçicilər səhiyyənin daha gücləndirilməsi üçün hansı məsələlərin qaldırılacağı haqqında suallar və təkliflər veriblər.Namizəd R. Əliyev sonda çıxış edərək onların suallarını cavablandırıb və irəli sürülmüş problemlərinin həllinə köməklik edəcəyini bildirib.