Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd, deputat, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Serbiyanın Belqrad şəhərində keçiriləcək WAKO-nun Dünya Çempionatında Azərbaycanı təmsil edəcək milli komandanın üzvləri ilə görüşüb.
Görüşdə Bakı 2015 Avropa Oyunlarının karate üzrə ilk mükafatçısı İlahə Qasımova da iştirak edib.Deputat görüşdə kikboksçulara uğurlar arzulayıb və kikboksçuların son illər beynəlxalq yarışlarda yaxşı nəticələr əldə etdiklərini qeyd edib: "Kikboksçularımızdan uğurlar gözləyirik. Federasiyamızın böyük idmançı böyük idmançı potensialı var”.
Vitse-prezidentlər Güloğlan Cabbarov, Səbuhi Rəcəb, federasiyasının baş katibi Oruc Məmmədli, milli komandanın rəisi Sadıq Bağırov, idarə heyətinin üzvü Emin Seyidov, baş məşqçi Elşən Abdulrəhimov, gənclər və yeniyetmələr üzrə baş məşqçi Ehram Məcidov, tanınmış kikboks məşqçilər Hakim Hacıyev, Fuad Zeynalov, Eduard Məmmədov,Aydın Nəcəfzadə və başqaları çıxış ediblər.
Qeyd edək ki, 24 oktyabr - 1 noyabr 2015-ci il tarixində Serbiyanın Belqrad şəhərində WAKO-nun kikboks üzrə Dünya Çempionatı keçiriləcək. Çempionatda Azərbaycanı 34 nəfərlik heyət təmsil edəcək.
Modern.az