Modern.az

Seçiciləri Çingiz Qənizadəni növbəti dəfə dəstəkləyəcək - FOTOLAR

Seçiciləri Çingiz Qənizadəni növbəti dəfə dəstəkləyəcək - FOTOLAR

Təhsil

23 Oktyabr 2015, 15:36


80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadənin keçirdiyi görüşlərdə  seçicilər millət vəkilini növbəti dəfə dəstəkləyəcəklərini bildiriblər.

Seçki Qərargahının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, İmişli rayonunun kəndlərində seçicilərlə görüşlərini yekunlaşdıran Ç.Qənizadənin növbəti görüşləri Beyləqan rayonunun kəndlərində baş tutub. Görüş  Beyləqan rayonunun ən böyük kəndlərindən biri hesab edilən və 3 min 800-ə yaxın seçicisi olan  Dünyamalılar -Yalova kəndlərində, həmçinin Qəhrəmanlı və Bahar kəndlərində keçirilib.

Çoxlu sayda seçicilərin iştirak etdiyi görüşlərdə Ç.Qənizadə  5 illik deputat fəaliyyəti barədə geniş məlumat verib və seçicilərinin qaldırdığı məsələlərə daim diqqətlə yanaşdığını bildirib.

Seçicilər bu illər ərzində onlara göstərmiş olduğu diqqətə və parlamentdəki aktiv fəaliyyətinə görə Ç.Qənizadəyə təşəkkürlərini ifadə edib və  onun namizədliyini yenidən dəstəkləyəcəklərini bildiriblər.


Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü