Özbəkistanın Kaşkadərya vilayətində küçə itlərinin yediyi uşaq cəsədi tapılıb.
Modern.az xarici mediaya istinadən bildirir ki, hansısa qadın körpəni dünyaya gətirəndən sonra gecə küçəyə atıb. Şahidlərin sözlərinə görə, itlərin yediyi uşağın yalnız başı və əlləri qalıb.
Məhkəmə-tibb ekspertizası nəticəsində müəyyən edilib ki, körpə 7 aylığında doğulub. Uşaqdan DNK analizi alınaraq ekspertizaya göndərilib. Hüquq-mühafizə orqanları küçəyə atılan uşağın anasını axtarırlar.
Oxşar hadisə iyul ayında Xorəzm vilayətində də baş verib. O zaman 19 yaşlı qız doğuşdan sonra körpəsini mal damına atıb. Bir neçə saat sonra tapılan uşaq xəstəxanaya çatdırılsa da, həkimlər həyatını xilas edə bilməmişdilər.
Modern.az