Modern.az

DİN radikal dindarların həbsinə dair məlumat yaydı: 42 nəfər həbs edilib

DİN radikal dindarların həbsinə dair məlumat yaydı: 42 nəfər həbs edilib

Təhsil

23 Oktyabr 2015, 16:10

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti oktyabrın 22-də Bakıda radikal dindarlara qarşı keçirlmiş əməliyyat barədə məlumat yayıb.

Modern.az DİN-ə istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında Yasamal Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyinin Rayon İdarəsi və Polis İdarəsinin əməkdaşları oktyabrın 22-də saat 21 radələrində Yavər Fərzəliyevə məxsus “Farklı Lahmacun” çay evində əməliyyat həyata keçiriblər.

Əməliyyat nəticəsində çay evinin zirzəmisində qanunvericiliklə müəyyən edilməmiş qaydada təşkil olunan dini yığıncaqda iştirak edən, aralarında azyaşlılar da olmaqla, 42 nəfər saxlanılıb.

Həmin ünvana baxış zamanı dini nifrət aşılayan və dözümsüzlüyü təbliğ edən müxtəlif məzmunlu kitablar və digər növ ədəbiyyat aşkar edilərək götürülüb.

Qanunsuz yığıncağın təşkilatçıları - Zaqatala rayon sakinləri Kamran Mustafayev, Adil Rəcəbov və Bakı şəhər sakini Zaur Şabanov şübhəli şəxs qismində saxlanılıb və barələrində Cinayət Məcəlləsinin 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını qəsb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Digər iştirakçılar haqqında isə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü