Modern.az

Zərdablılar seçimlərini ediblər - FOTOLAR

Zərdablılar seçimlərini ediblər -  FOTOLAR

Təhsil

23 Oktyabr 2015, 16:20


92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizəd Jalə Əliyeva seçicilərlə görüşlərini davam etdirir. Namizəd bu dəfə Zərdab rayonunun Qorubağı və Pərvanlı kənd sakinləri ilə görüşüb. 

Jalə Əliyeva çıxış edərək bildirib ki, Azərbaycan hər ötən gün sürətlə inkişaf edir, özünün siyasi və iqtisadi qüdrətini artırır. Namizəd deyib ki, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü və qətiyyətli siyasət sayəsində Azərbaycanın bölgədə və dünyadakı nüfuzu sürətlə yüksəlir. Daha sonra seçiciləri maraqlandıran sualları cavablandıran namizəd qeyd edib ki, o deputatlıq fəaliyyəti boyunca daima öz seçicilərinin maraqlarını, problemlərini diqqət mərkəzində saxlayıb: "Həmişə çalışmışam ki, mənə göstərdiyiniz etimadı doğruldum. Həmişə özümü Sizin ailənizin bir üzvü kimi hiss etmişəm, sevincinizə sevinib, kədərinizi paylaşmağa, qaldırdığınız problemlərin həlli üçün mümkün olan bütün addımları atmağa çalışmışam".

Görüşdə çıxış edən seçicilər millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, səs verəcəklərini deyiblər.


  Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü