46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı Rafael Cəbrayılovun Şirvan şəhər sakinlləri ilə növbəti görüşü “Şirvan” kinoteatrında baş tutub.
510 nəfərdən ibarət seçicinin iştirakı ilə keçirilən görüşdə zalda sakinlər tərəfindən izdiham yaşandı. Görüşdə namizədlə yanaşı vəkillərindən Dürsədəf Babayeva, Gülağa Mürsəlov və Dilarə Əliyeva də iştirak edib. Vəkilləri Rafael Cəbrayılov haqqında xoş xatirələrdən və seçki platformasından çıxış etdikdən sonra Şirvanlı olaraq Şirvanlıya dəstək olmağa səslədilər.Rafael Cəbrayılov seçiciləri səmimiyyətlə salamladı.
Çıxış edən vəkillərinə və zalda yaşanan izdihama görə bütün seçicilərə minnətdarlığını bildirdi. Şirvanda böyüyən bir insan kimi Şirvan şəhərinin və şirvanlıların daima təəsübkeşliyini çəkdiyini bildirdi. Hər kəsi seçkiyə dəvət edən namizəd, layiqli namizədin seçiləcəyinə əmin olduğunu bildirdi.
Rafael Cəbrayıov haqıında ürək dolusu danışan şəhər sakinləri onun daima xalqın qeydinə qaldığını, Binəqədinin deputatı olduğu müddətdə də hər zaman Şirvanlılara qarşı xüsusi həssaslıq göstərdiyini bildirdilər.
Bütün Şirvanlılar Rafael Cəbrayılova səs verərərək, ona etimad göstərəcəklərini bildirdilər.