Bakıdakı “Məşədi Dadaş” məscidində Aşura mərasimi ilə bağlı hazırlıqlar gedir.
Modern.az xəbər verir ki, bu gün ki mərasimdə dini hadisələr, mərsiyələr və bu kimi dini təbliğat kampaniyaları keçirilir. “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin deyib ki, “ biz zəncir vurmuruq, radikallıqdan çıxıb müasir modelə keçmişik. Məscidimizdə mərsiyə oxunur və sinə vurulur ”.“Məşədi Dadaş” məscidinin ərazisində əhalinin təhlükəsizliyinin təmin olunması üçün DİN-nin nümayəndələri də əraziyə cəlb olunub. Polis 24 oktyabrda (Aşura mərasimi günü) gücləndirilmiş iş rejmində işləyəcək.
Emil Rasim