Modern.az

Fuad Muradovun Xətai seçiciləri ilə görüşləri davam edir - FOTOLAR

Fuad Muradovun Xətai seçiciləri ilə görüşləri davam edir - FOTOLAR

23 Oktyabr 2015, 20:50

34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradovun təbliğat kampaniyası çərçivəsində bu gün rayonun Məhəmməd Hadi və Vunq-Tau küçələrində 10 binanın sakinləri ilə görüşlər keçirilib. 

Modern.az xəbər verir ki, səmimi söhbət şəraitində keçən görüşlərdə seçicilər onları narahat edən məsələlər barədə namizədi məlumatlandırıblar.

Fuad Muradov qeyd edib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş islahatlar aparılır. “Bu işlər vətəndaşlarımızın  rifahının daha da yüksəldilməsinə xidmət edir. Qaldırılan məsələlərin həlli mümkündür və millət vəkili seçiləcəyim təqdirdə sizinlə birlikdə müvafiq qurumlar qarşısında bu problemlər qaldırılacaq, həllini tapacaqdır.” 

Azərbaycanın ərazi bütövlüyü məsələsinə toxunan Fuad Muradov bu istiqamətdə dövlətimizin bütün imkanlarını səfərbər etdiyi vurğulayıb. “Düşmən anlamalıdır ki, əgər sülhə razı olmasa biz qüdrətli ordumuzun vasitəsilə torpaqlarımızı azad edəcəyik.” 

Çıxış edənlər Fuad Muradovu xüsusilə beynəlxalq təşkilatlarda Azərbaycanı layiqli təmsil edən deputat kimi tanıdıqlarını, gələcək fəaliyyətində də onu məhz bu sahədə daha fəal görmək istədiklərini bildiriblər. Seçicilər 1 noyabrda seçki məntəqələrinə gələrək Fuad Muradova səs verəcəklərini bildiriblər.

 

 

 

 

 

 

 

 

 

 

  Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü