24 oktyabr Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır. Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin (ə) oğlu İmam Hüseyn (ə) 71 tərəfdarı ilə birlikdə İraqın Kərbəla çölündə şəhid olub. Onlar, Yezid ibn Müaviyyənin ordusu tərəfindən qətlə yetirilib.
Dünya müsəlmanları o vaxtdan Məhərrəm ayını matəm ayı kimi qeyd edirlər. Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir.
Bu gün insanlar məscidlərə gedib, nəzir verir və ehsan paylayır. Bundan başqa, artıq bir neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsi Aşura günü ilə bağlı vətəndaşları dini matəmi sakit şəkildə, qan çıxarmamaqla, özlərinə xəsarət vermədən keçirməyə, müqəddəs yerlərdə nizam-intizamı gözləməyə çağırır.
Qafqaz Müsəlmanları İdarəsinin və Səhiyyə Nazirliyinin təşəbüssü ilə bu gün ənənəvi qanvermə aksiyasları keçirilir. Respublikamızın bir çox dini ibadət yerlərində, o cümlədən Bakı şəhərinindəki məscidlərdə könüllü qanvermə aksiyalarının keçirilməsi qərara alınıb.
Qanvermə aksiyaları aşağıdakı məscidlərdə keçirilir:
1. Yasamal rayonu - Təzəpir məscidi;
2. Yasamal rayonu - Hacı Soltanəli məscidi;
3. Səbail rayonu - Bibiheybət məscidi;
4. Səbail rayonu - İçərişəhər Cümə məscidi;
5. Suraxanı rayonu - Qaraçuxur məscidi;
6. Xəzər rayonu - Mir Mövsüm ağa məscidi;
7. Nizami rayonu - Keşlə qəsəbə məscidi;
8. Nəsimi rayonu - Əjdərbəy məscidi
9. Sumqayıt şəhəri - Cümə məscidi;
10. Gəncə şəhəri - İmamzadə məscidi;
11. Mingəçevir şəhəri - “Heydər məscidi;
12. Şəki şəhəri - Cümə məscidi;
13. Lənkəran şəhəri - Böyükbazar məscidi;
14. Bərdə şəhəri - Cümə məscidi;
Modern.az