Daxili işlər orqanlarında yeni təyinatlar həyata keçirilib. APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Əmrə əsasən Bakı şəhər Baş Polis İdarəsində çalışan Nizami Novruzov tutduğu vəzifədən azad edilərək Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.
Nazirin digər əmri ilə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin rəis müavini Elşən Tağıyev vəzifəsindən azad edilərək Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Xatırladaq ki, son günlər Bakıda bir sıra polis bölmələrinin rəisləri dəyişdirilib.
Modern.az