Modern.az

Novruz Aslanov İsmayıllının səhiyyə və mədəniyyət işçiləri ilə görüşdü - FOTO+VİDEO

Novruz Aslanov İsmayıllının səhiyyə və mədəniyyət işçiləri ilə görüşdü - FOTO+VİDEO

24 Oktyabr 2015, 12:08

Oktyabrın 13-də İsmayıllı rayonundan deputatlığa namizəd Novruz Aslanov kəndlərdəki təşviqatını yekunlaşdıraraq İsmayıllı şəhərində görüşlərə başlamışdır. İlk olaraq səhiyyə və mədəniyyət işçiləri ilə görüşən Novruz Aslanov alqışlarla qarşılanmış və bu isti münasibətə görə öz təşəkkürünü bildirmişdir. Novruz Aslanov öz çıxışında dövlətin səhiyyə və mədəniyyət sahəsində həyata keçirdiyi layihələrdən, ölkə başçısının bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı ilə yanaşdığını bir daha nəzərə çatdırmış və bundan sonra da bu istiqamətdə müvafiq addımların atılacağını bildirmişdir. Çıxış edənlər Novruz Aslanovun 10 illik deputatlıq fəaliyyətini yüksək qiymətləndirmiş və bu seçkilərdə də onu dəstəkləyəcəklərini bildirmişlər.

Məlumat üçün bildirək ki, Novruz Aslanov 70 kəndin əhalisini əhatə edən 50-dən çox kənddə seçicilərlə görüşlər keçirmişdir. Bu gündən görüşlər İsmayıllı şəhərində ictimaiyyətin müxtəlif sahələrdə çalışan nümayəndələri ilə keçiriləcək.
















 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü