Modern.az

Gəncədə Aşura mərasimi - FOTOLAR

Gəncədə Aşura mərasimi - FOTOLAR

24 Oktyabr 2015, 13:56

Müsəlman ümmətinin tarixinə kədərli, eyni zamanda insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Məhərrəmlik dini ayin deyil, mərasimdir və bu mərasimin insanların İmam Hüseynə olan hörmət və sevgisindən qaynaqlanır. Azərbaycanın hər yerində olduğu kimi Gəncə şəhərində də Aşura günü qeyd edilir.

Gəncə şəhər İcra Hakimiyyəti rəsmisinin Modern.az saytına verdiyi məlumata görə, Aşura gününün mütəşəkkil və yüksək səviyyədə keçirilməsi üçün əvvəlcədən hazırlıq işləri aparılaraq inanclı insanlara lazımi imkanlar və şərait yaradılıb:

“Bu gün səhər saatlarından başlayaraq ictimai nəqliyyat vasitələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Şəhərin müxtəlif yaşayış massivlərindən ziyarətçilərin “İmamzadə” dini kompleksinə aparılması üçün pulsuz nəqliyyat vasitələri də təşkil edilib. Eyni zamanda, vətəndaşlara xidmət və təhlükəsizliyi təmin etmək üçün məscidlərin ətrafına və “İmamzadə” dini kompleksinə təcili tibbi yardım briqadası, Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri cəlb edilib. Ziyarətgahda işıqlandırma sisteminin əhatə dairəsi daha da genişləndirilib. İçməli su daşıyan maşınlar da ziyarətçilərin ixtiyarına verilib”.

Şəhər rəsmisi deyib ki, xeyriyyəçi insanlar ziyarətgahda çadırlar qurublar:

““İmamzadə”yə gedən yollarda tıxacların yaranmaması üçün şəxsi avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılıb. DYP əməkdaşları tərəfindən yollarda sürücülər bu haqda məlumatlandırılıb. Gəncəlilər Aşura günündə keçirilən qanvermə aksiyalarında böyük həvəslə iştirak edirlər. Xəstəxanalarda gözü yolda olan, qan gözləyən, ehtiyacı olanlara kömək etmək mərhəmətdən irəli gəlir və bu Allaha imanın, ibadətin ifadəsidir”.




Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü