20 saylı Nərimanov ikinci seçki dairəsindən bitərəf namizəd Adil Əliyev seçiciləri İlə görüşlərini davam etdirir. Namizədin daha bir görüşü Koroğlu Rəhimov küçəsində yaşayan seçiciləri ilə baş tutub.
Onu da qeyd edək ki, ərazidə yaşayan seçicilərin istəyi ilə baş tutan görüşə xeyli sayda insan iştirak edib.
Adil Əliyev görülən işlərdən danışaraq, 2005-ci ildən başlanan fəaliyyətin bundan sonra da davam edəcəyini vurğulayıb.
Namizədin çıxışından sonra görüş sual cavab şəkilində davam edib.