Hakim Yeni Azərbaycan Partiyasının 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi geri şəkilib. Modern.az saytı xəbər verir ki. seçkilərə az müddət qaldığı bir vaxtda YAP namizədi Lalə Əhmədova seçkidə iştirakdan imtina edib.
L.Əhmədovanın könülli şəkildə bu addımı atdığı bildirilir.
Lalə Əhmədova Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışır.
Hazırda bu dairədən kimin deputat mandatı qazanacağı maraq doğurur. Bu dairədən mübarizəni davam etdirən 6 namizəd qalıb. Bunlar “Azadlıq-2015” seçki blokundan Şahin Abbasov, BAXCP-dən Dünyamalı İmaməliyev, ADİSP-dən Cavid Quliyev, bitərəflər İlhamiyə Rzayeva (jurnalist-yazar), Elşad Həsənov ("Kaspian Konsaltinq" şirkətində hüquqşünas) və Mehriban Allahverdiyevadır (Bakı Dövlət Universitetində pasport qeydiyyatçısı).
Gülşən Raufqızı