Modern.az

Rafael Cəbrayılov seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR

Rafael Cəbrayılov seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR

24 Oktyabr 2015, 17:11

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov seçicilərlə görüşlərini davam etdirir.

Rafael Cəbrayılov seçicilərilə növbəti görüşü Şirvan şəhər, S.Zeynalov küşəsinin sakinləri ilə keçirilib.

Namizədin seçki qərargahının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə seçkinin əhəmiyyətindən danışan Rafael Cəbrayılov bütün şirvanlıları 1 noyabr Milli Məclisə keçiriləcək seçkilərdə aktiv olmağa dəvət edib.

Seçicilər çıxış edərək Rafael Cəbrayılovun platforması ilə tanış olduqlarını, Respublika və Şirvan şəhəri üçün əhəmiyyətli məsələlərin həmin platformada əks olunduğunu bildiriblər. Qeyd ediblər ki, noyabrın 1-də Rafael Cəbrayılova səs verəcəklər.

Rafael Cəbrayılov deputat seçildiyi halda, səlahiyyətləri çərçivəsində yaranmış problemlərin həll olunması istiqamətində fəaliyyət istiqamətini quracağını bildirib.















Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü