Modern.az

Vergilər Nazirliyinin eks-baş idarə rəisi "MTN işi"nə görə istintaqa cəlb olunub

Vergilər Nazirliyinin eks-baş idarə rəisi "MTN işi"nə görə istintaqa cəlb olunub

24 Oktyabr 2015, 20:20

Azərbaycan Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarılıb. 

Modern.az  APA-ya istinadən xəbər verir ki, Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Vidadi Məmmədov vəzifəsindən azad edilib.

Hazırda Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi vəzifəsini Ramiz Ağayev icra edir. 

Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat almaq mümkün olmayıb. 

M əlumata görə isə Vergilər Nazirliyinin işdən azad olunmuş baş idarə rəisi Vidadi Məmmədov Milli Təhlükəsizlik Nazirliyində baş verənlərlə bağlı Baş Prokuroluqda aparılan istintaqa cəlb olunub.

Məlumata görə, V. Məmmədov MTN-də olan dəstə ilə birgə iş adamlarına qarşı fəaliyyətdə şübhəli bilinir.


Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü