Modern.az

Jalə Əliyevanın seçicilərlə növbəti görüşü - FOTOLAR

Jalə Əliyevanın seçicilərlə növbəti görüşü - FOTOLAR

Təhsil

25 Oktyabr 2015, 11:32


92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizəd Jalə Əliyeva seçicilərlə görüşlərini davam etdirir.

Namizəd oktyabrın 24-də Zərdab rayonunun Gəlmə, Xanməmmədli, Hüseynxanlı, Salahlı, Əlibəyli, Allahqulubağı kəndlərində seçicilər ilə növbəti görüşünü keçirib.

Seçiciləri salamlayaraq onlarla səmimi şəkildə söhbətlər aparan J. Əliyeva ilk növbədə dövlətimizin bu günkü inkişafından, Prezident İlham Əliyevin xalqımızın sosial rifah halının yaxşılaşdırılmasında gördüyü işlərdən, eyni zamanda dövlətimizin bir çox sahələrdəki inkişafı ilə bağlı digər dünya dövlətlərini qabaqladığından danışıb.

Daha sonra seçicilərin suallarını cavablandıran namizəd onların problemləri ilə maraqlanıb.

J.Əliyeva deputatlıq fəaliyyəti müddətində seçicilərinin problemlərinin həlli üçün əlindən gələn köməkliyi göstərdiyini deyib.

“Mən hər zaman millət vəkili olaraq seçicilərimi narahat edən problemlərin həllində Milli Məclisdə də məsələ qaldırmışam.  Onların  problemlərinin tez bir zamanda həlli üçün müvafiq qurumlarla sıx əməkdaşlıq edərək, məsələlərin müsbət yöndə həllinə nail olmuşuq. Deputatlıq fəaliyyətim müddətində hər zaman Zərdab və zərdablıları layiqincə təmsil etməyə çalışmışam. Bu fəaliyyətimdə mənə heç zaman dəstəyini əsirgəməyən bütün seçicilərimə çox təşəkkür edirəm!”.

Seçicilərdə öz növbəsində çıxış edərək  Jalə Əliyevaya təşəkkür edib, fəaliyyətindən razı qaldıqlarını və hər zaman ona dəstək olacaqlarını bildiriblər.

 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi