Modern.az

Rusiyada dəhşətli yanğın: 3 uşaq yanaraq öldü

Rusiyada dəhşətli yanğın: 3 uşaq yanaraq öldü

Təhsil

25 Oktyabr 2015, 11:52


Rusiyanın Kalmıkiya Respublikasında baş verən yanğında üç uşaq ölüb. 

Kalmıkiya Respublikası daxili işlər orqanlarından bildirilib ki, oktyabrın 25-nə keçən gecə Laqan şəhərində fərdi evdə yanğın baş verib. Yanğının söndürülməsinə 33 yanğınsöndürən və 10 texnika cəlb olunub.

Yanğının lokallaşdırılması zamanı 2005, 2006 və 2012-ci il təvəllüdlü üç uşağın meyiti çıxarılıb.

Məlum olub ki, 9 yaşlı qız və 3 yaşlı oğlan evin sakinləri, 10 yaşlı qız isə qonşunun uşağı olub. 

Hüquq-mühafizə orqanları yoxlamalara başlayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

Yanğın baş verən anda böyüklərin hansı səbəbdən evdə olmamaları barədə hələlik  məlumat verilmir.(APA)

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi