Modern.az

Bəşər Əsəd yenidən prezident seçkilərində iştirak etməyə hazırdır

Bəşər Əsəd yenidən prezident seçkilərində iştirak etməyə hazırdır

25 Oktyabr 2015, 17:23



Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə Rusiyadan olan parlamentarla görüşündə xalq onu dəstəkləyərsə, prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib. Modern.az Rusiya mediasına istinadən hbildirir ki, bu haqda Dövlət Dumasının Rusiya Kommunist Partiyasından olan deputatı Aleksandr Yuşşenko məlumat verib.

“Əsəd dedi ki, əgər Suriya xalqı vacib hesab edərsə, o, prezident seçkilərində iştirak etməyin əleyhinə deyil”, - Dumanın nümayəndə heyətinin üzvü deyib. Yuşşenko onu da qeyd edib ki, Rusiya tərəfi Əsədi xalqın tam dəstəkləyəcəyinə əmindir.

Rusiyadan olan parlamentarlar Suriyaya oktyabrın 23-də gediblər. Yuşşenkonu bu səfərdə Federasiya Şurasının üzvü Dmitri Sablin və Rusiya Kommunist Partiyasının digər deputatı Sergey Qavrilov müşayiət ediblər.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi