Modern.az

Rafael Cəbrayılov seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR

Rafael  Cəbrayılov seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR

Təhsil

25 Oktyabr 2015, 18:15


46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov  görüşlərini davam etdirir. 

Seçki  qərərgahının qrafikinə uyğun olaraq namizəd bu gün saat 12:00-da və 14:00-da seçicilərlə görüşüb. Analoji olaraq Naxçıvan və T. Əhmədov küçəsinin sakinləri  ilə görüşüb.

Rafael Cəbrayılov seçicilərlə səmimi görüşdükdən sonra sakinləri dinlədi. Nəriman Ağaməmmədov çıxış edərək Rafael Cəbrayılova qəsəbə sakinlərinin dəstək olduqlarını bildirdilər. Əsasən Şirvan kanal üzərindən piyada keçidinin zədəli olması vıə sosial məsələlərlə bağlı  müraciətlər olunub.

Çıxış edən digər seçicilər də Rafael Cəbrayılovun müsbət işlərindən danışaraq, 1 noyabr tarixində ona  səs verəcəklərini bildirdilər.

Rafael Cəbrayılov  bütün seçicilərə minnətdarlıq edərək, seçki haqqında məlumat verdi.

Qeyd etdi ki, seçki  prosesinin vacibliyini diqqətdə saxlayaraq 1 noyabr tarixində hər kəs seçkidə iştirak etməlidir. Şirvan şəhərinin 5 illik deputatının seçilməsində iştirak etmək, növbəti  5 ildə şəhərin tale yüklü məsələsinə töhvə vermək bütün şirvanlıların mənəvi borcudur.

Rafael Cəbrayılov bildirdi ki, etimad göstərib səs verdiyiniz halda deputat səlahiyyətlərim çərçivəsində Şirvan şəhərinin problemərinin həlli istiqamətində fəaliyyət göstərəcəyəm.

Namizədə uğurlar arzulayan seçicilər, Rafael Cəbrayılova dəstək olacaqlarını bildirdilər.


Modern.az  
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi