Türkiyə baş nazirinin keçmiş müavini, prezident Rəcəb Tayyib Ərdoğanın partiya yoldaşı Bülənt Arınc onu tənqid etməyə başlayıb. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Arınc yaxınlarda televiziya efirindən bəyan edib ki, bəzilərindən fərqli olaraq “400 deputat verin” deməyəcək.
Bundan sonra Türkiyənin “Anadolu” dövlət agentliyi və dövlət televiziyası TRT Bülənt Arıncı informasiya blokadasına alıblar.
Bülənt Arınc isə sifarişçinin kim olduğunu başa düşərək bəyan edib: “Mənim bəzilərinə hörmətim itib. İnsanlar partiya yoldaşlarını düzgün seçməlidirlər”.
Bülənt Arınc keçmiş və indiki dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Abdullah Güllə hakim Ədalət və İnkişaf Partiyasını quranlardan və inkişaf etdirənlərdən biridir.
Modern.az