"Today`s Baku” və Anadolu Universitetinin Azərbaycan rəhbərliyi "Jurnalistlərə dəyər verək!” layihəsi çərçivəsində tədbir gerçəkləşdiriblər.
"Today`s Baku”nun direktoru Vüqar Ağamalıoğlu və Anadolu Universitetinin Azərbaycan rəhbəri Azər Hətəmov da jurnalistlərlə birgə Quba rayonunun Qəçrəş kəndində olublar. Layihə çərçivəsində gerçəkləşən əvvəlki tədbirlər kimi, bu dəfə də jurnalistlərin rahatlığı və istirahəti düşünülüb və onlar üçün hər cür şərait yaradılıb. Qələm sahiblərinin istirahəti üçün futbol, voleybol və digər oyunlar təşkil edilib, hər bir kiçik detal nəzərə alınıb.
"Jurnalistlərə dəyər verək!” layihəsinin təşkilatçısı Vüqar Ağamalıoğlu bu tədbirin təşkilində onlara dəstək olanlara təşəkkür edib: "Bu bizim "Jurnalistlərə dəyər verək!” adı altında həyata keçirilən 4-cü tədbirimizdir. Bu tədbirə 40-a yaxın jurnalist qatılıb və onların Azərbaycan regionlarını gəzmək, bir arada olmaq, istirahər imkanı qazanıblar. Bizə dəstək olan Anadolu Universitetinin Azərbaycan rəhbərliyinə, xüsusilə Azər Hətəmova dərin təşəkkürümüzü çatdırıram. Onu da vurğulamaq istəyirəm ki, bu tədbirlərimizi davamlı keçirəcəyik. Məqsəd jurnalistləri pulsuz istirahətini təşkil etməkdir. Hər şeyi dövlətdən gözləmək düzgün deyil, özümüz də dövlətimiz üçün nəsə etməliyik”.
Anadolu Universitetinin Azərbaycan rəhbəri Azər Hətəmov da layihədə iştiraklarından məmnun olduqlarını qeyd edib: "Bu kimi tədbirlərin tez-tez həyata keçirilməsini, jurnalistlərə qiymət verilməsini və daim onlara dəstək olmağı unutmamaq lazmdır. Bu dövlət bizimdi və biz də ona dəstək olmalıyıq”.
Layihəyə qatılan jurnalistlər təşkilatçılara öz minnətdarlıqlarını bildirib, "Jurnalistlərə dəyər verək!” layihəsinin davamlı olmasını diləyiblər.
Modern.az