Modern.az

Azərbaycanlı nazirin ABŞ səfəri başlayır

Azərbaycanlı nazirin ABŞ səfəri başlayır

26 Oktyabr 2015, 11:59

 

26 oktyabr 2015-ci il tarixdən başlayaraq  Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Milli Olimpiya Komitələri Assosasiyasının (ANOC) 20-ci Assambleyası öz işinə başlayır. Modern.az xəbər verir ki, tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da iştirak edəcək.

Milli Olimpiya Komitələri Assosasiyasının Prezidenti Şeyx Əhməd Əl Fahad Əl-Sabah və ABŞ Olimpiya Komitəsinin Prezidenti Lawrence Probstun dəvəti ilə Amerikaya rəsmi səfərə yola düşən azərbaycanlı nazir Azad Rəhimov assambleya çərçivəsində  Beynəlxalq Olimpiya Komitəsinin, Beynəlxalq Federasiyaların, Milli Olimpiya Komitələrinin və Olimpiya Hərəkatı ilə sıx əməkdaşlıq edən təşkilatların rəhbərləri ilə görüşlər keçirəcək.

Bakı 2015 Avropa oyunlarının tarixdə ilk dəfə olaraq keçirilməsi, bu oyunların dünya idman tarixinə imza atması, ölkəmizdə yaradılmış idman infrasturkturu, yüksək səviyyədə həyata keçirilən təşkilati məsələlər və bundan irəli gələrək ölkəmizin gələcəkdə daha mötəbər tədbirlərə ev sahibliyi etməsi nazir Azad Rəhimovun rəsmi görüşləri zamanı diqqət mərkəzində olacaq mövzular sırasındadır.

Milli Olimpiya Komitələri Assosasiyasının Prezidenti Şeyx Əhməd Əl Fahad Əl-Sabahla görüşü zamanı Azad Rəhimov 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi oyunlarına hazırlıq prosesi haqda danışacaq, bu istiqamətdə görülməli olan işlər ətrafında müzakirələr aparacaq.

30 oktyabr tarixinədək davam edəcək Assambleyada peşəkar idmançıların təlimi, ətraf mühitin qorunmasında Olimpiya Hərəkatının rolu, idman və sosial inkişaf, Olimpiya həmrəyliyi və bir sıra mövzular barədə  çıxışlar və onların ətrafında müzakirələr olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM