Modern.az

Xocalı soyqırımı məktəb gündəliklərində niyə faciə kimi qeyd edilib?..

Xocalı soyqırımı məktəb gündəliklərində niyə faciə kimi qeyd edilib?..

26 Oktyabr 2015, 12:09

Ermənilərin Xocalıda törətdiyi vəhşilik, eləcə də xalqımıza qarşı törədilən soyqırımıları ilə bağlı tarix insanlara daha kiçik yaşlardan bağçalarda, məktəblərdə öyrədilir. Qanlı tarix, eyni zamanda ümumtəhsil məktəblərində tədris olunan dərsliklərdə, şagirdlərin istifadə etdikləri tədris vəsaitləri, dəftər və gündəliklərdə də hər zaman qeyd olunur.

Amma 2015-2016-ci tədris ilində orta məktəb şagirdlərinin istifadə etdikləri gündəliklərdə kobud səhvə yol verilib. Belə ki, orta məktəbin bütün siniflərinin istifadə etdikləri gündəliklərin “Qan yaddaşı” bölməsində tarixi ad təhrif edilib. 26 fevral Xocalı soyqırımı kimi deyil, Xocalı faciəsi kimi qeyd edilib.

Çox maraqlıdır!!! Doğrudanmı, bu gündəlikləri hazırlayanlar faciə ilə soyqırımın fərqini bilmirlər? Avtomobil qəzası nəticəsində bir insanın həlak olması da faciədir, sərxoş bir şəxsin kimisə öldürməsi də... Amma soyqırımı!..  Etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə bir xalqın tam və ya qismən məhv edilməsidir.

Bu məsələnin özümüz tərəfindən belə təhrif edilməsi isə yolverilməzdir, qanlı tariximizə həqarətdir.





Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM