Modern.az

Seçki təşviqatı ilə bağlı ən ciddi qanun pozuntusu nə olub? – AÇIQLAMA

Seçki təşviqatı ilə bağlı ən ciddi qanun pozuntusu nə olub? – AÇIQLAMA

26 Oktyabr 2015, 12:22


Seçkiqabağı təşviqat dövründə seçki qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı ciddi bir fakta rast gəlinməyib. Bu barədə Modern.az saytına Mərkəzi Seçki Komissiyasından məlumat verilib.  

“Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar "Şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" təlimatın tələblərinə uyğun olaraq addımlar atılır. 

Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupu tərəfindən müraciətlərə baxılır və problem yerindəcə araşdırılıb həll olunur”,-deyə qəyd olunub.  

Noyabrın 1-də Milli Məclisə növbəti seçkilər keçiriləcək.      

Vüsalə Qəzənfərqızı      


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM