Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

26 Oktyabr 2015, 12:36

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah – oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, axşama doğru yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 13-16, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı  yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-13, gündüz 13-17, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM