115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputatlığa namizəd Cavanşir Feyziyev seçicilərlə görüşlərini davam etdirir.
Modern.az xəbər verir ki, namizəd bu dəfə Şəki rayonunun Orta Zəyzid və Baş Zəyzid kəndlərində yaşayan seçiciləri ilə görüşüb.
Görüşlər seçicilərin yüksək fəallığı ilə müşayiət olunub.
Deputatlığa namizəd Cavanşir Feyziyev və onun vəkilləri professor Fərman İsmayılov, Baba Yusifov, Rafiq Rəsulov və başqaları çıxış edərək son 5 ildə ölkədə, eləcə də 115 saylı seçki dairəsi ərazisində həyata keçirilmiş abadlıq və quruculuq işlərindən danışıb.
Görüşlərdə çıxış edən Baş Zəyzid və Orta Zəyzid sakinləri 1 noyabr Parlament seçkilərində hamılıqla Cavanşir Feyziyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.