Modern.az

Tbilisi-Bakı sürət qatarına bilet satışı başladı

Tbilisi-Bakı sürət qatarına bilet satışı başladı

26 Oktyabr 2015, 12:57


Sərnişinlər bu günə kimi Bakı-Tbilisi-Bakı sürət qatarına bir istiqamətə, yalnız Bakıdan bilet ala bilirdilərsə, hazırda bilet satışı hər iki istiqamətə aparılır.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun Modern.az saytına verdiyi məlumata görə, Dəmir Yolları sərnişin qatarlarında xidmət səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bir sıra layihələr həyata keçirir:

“Gürcüstandan Azərbaycana gələn 37 saylı Tbilisi-Bakı sürət qatarına bilet əldə etmək istəyən sərnişinlər artıq Bakı sərnişin vağzalındakı 2 saylı bilet kassasına müraciət edə bilərlər.

Sərnişinlər bu günə kimi Bakı-Tbilisi-Bakı sürət qatarına ancaq bir istiqamətə, yalnız Bakıdan, bilet ala bilirdilərsə, hazırda bilet satışı hər iki istiqamətə aparılır”. 2013-cü ilin avqust ayının 6-dan etibarən 2 saylı kassada Rusiya və Ukrayna dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına və geriyə Azərbaycana bilet satışı həyata keçirilir.

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM