Modern.az

Azərbaycanda 5 nəfər bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanda 5 nəfər bədbəxt hadisə nəticəsində ölüb

26 Oktyabr 2015, 13:15

Oktyabrın 25-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində usta işləyən Bakı şəhər sakini Müşfiq Məmmədov mağazanın damından yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, oktyabrın 24-də Kürdəmir rayonunun Köhünlü kəndində yaşayan İslam Bağırov evinin eyvanından (2-ci mərtəbə) yıxılıb. Xəstəxanaya yerləşdirilən İslam Bağırov oktyabrın 26-da orada dünyasını dəyişib.  

Oktyabrın 25-də Şəmkir rayonunun Sabirkənd kəndində yaşayan Jalə Bayramova evdə elektrik cərəyanı vurması nəticəsində ölüb.

Oktyabrın 24-də Binəqədi rayonu ərazisində yaşayanlar - İmaməddin Gözəlov və Samir Hüseynov mənzillərində dəm qazından zəhərlənərək ölüblər.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM