Modern.az

DİN Bakıda polisin güllələnməsi ilə bağlı məlumat yaydı

DİN Bakıda polisin güllələnməsi ilə bağlı məlumat yaydı

26 Oktyabr 2015, 13:13

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

Modern.az DİN-ə istinadən xəbər verir ki, oktyabrın 26-da saat 05 radələrində Xətai rayonu ərazisində xidmətdə olan 36-cı Polis Bölməsinin əməkdaşları İltifat Bayramov və İsmayıl Şahbazov şübhə doğuran 2 nəfərə yaxınlaşarkən onlardan biri odlu silahdan açdığı atəşlə İ.Bayramova ayaq nahiyəsindən xəsarət yetirib  hadisə yerini tərk ediblər.

Görülmüş tədbirlərlə onlardan biri - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yevgeniy Antonovskiy tutulub və ondan kustar üsulla hazırlanmış tapança götürülüb.   

Araşdırmalar aparılır. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM