23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd Ziyad Səmədzadə seçiciləri ilə görüşlərini davam etdirir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin hazırkı sədri, akademik Ziyad Səmədzadə seçiciləri ilə görüşlərdə onlarla səmimi söhbətlər aparıb və ona olan etimada görə təşəkkürünü bildirib.
Seçicilərdə öz növbəsində Ziyad Səmədzadəni dəstəklədiklərini və seçkilərdə yekdilliklə ona səs verəcəklərini bildiriblər.